Hall Hazırda oxuduqunuz xəbər
baslik

Leyla Əliyeva Bakı bulvarında sərgidə

Tarix: 11-09-2019 / 16:08 | Baxılıb: 154
yazıyı büyüt yazıyı küçült
Leyla Əliyeva Bakı bulvarında sərgidəSentyabrın 9-da Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.

Vetenperver.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır.

Leyla Əliyeva Bakı bulvarında sərgidəAçılışa Leyla Əliyeva, Nargisin tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgi 9 sentyabrdan- 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ