Hall Hazırda oxuduqunuz xəbər
baslik

ABŞ əleyhinə qanun layihəsi parlamentin aparatına təqdim olundu

Tarix: 07-01-2016 / 18:53 | Baxılıb: 741
yazıyı büyüt yazıyı küçült
ABŞ əleyhinə qanun layihəsi parlamentin aparatına təqdim olundu“Parlamentarilər də addım atarkən düşünməlidirlər”.

“ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub.


Oxu.Az-ın xəbərinə görə, bu barədə “Report”a layihənin müəllifi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verib.

O bildirib ki, layihə, artıq Milli Məclis Aparatında qeydiyyatına alınıb.

R.Rzayev deyib ki, bu layihənin Azərbaycan-ABŞ hökumətlərarası münasibətlərə aidiyyəti yoxdur.

“Qanun layihəsinin təqdimatı zamanı da dedim ki, hökumətlərarası münasibətlər yüksək səviyyədədir. ABŞ və Azərbaycanın parlamentariləri dövlətlərin müsbət münasibətlərinin qarşılıqlı maraqlar çərçivəsində inkişafına öz töhfələrini verməlidirlər. Mənə elə gəlir ki, hökumətlərarası münasibətlər mütəmadi olaraq inkişaf edəcək. Parlamentarilər də addım atarkən düşünməlidirlər.

ABŞ Konqresinin üzvü Kris Smitin hazırladığı və Azərbaycana sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi qəbul edilərsə Dağlıq Qarabağ probleminin həllində, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında çox böyük əngəllərə gətirib çıxara bilər.

ABŞ-da yaşayan ermənilər bu kimi layihələrin həyata keçməsində çox maraqlıdırlar. Çünki son nəticədə onlar Ermənistanın işğalçı siyasətinə dəstəklərini verirlər. Ermənilər Azərbaycana zərbə vurmağa çalışırlar”, - deyə R.Rzayev bildirib.

Komitə sədrinin müavini ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsini də şərh edib.

“Azərbaycan Prezidentinin ABŞ Prezidenti ilə işgüzar münasibətləri yüksək səviyyədədir və artan xəttlə gedir. Düşünürəm, bundan sonra da belə olacaq. Amma mən sadaladığım səbəblərə görə birmənalı olaraq, öz mövqeyimdə qalıram”, - deyə R.Rzayev bildirib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ